Türkiyədə zəlzələ barədə QORXUNC PROQNOZ
    • 18-08-2023, 11:06
    • 375

Türkiyədə zəlzələ barədə QORXUNC PROQNOZ

Türkiyə dağıdıcı zəlzələlər dövrünə qədəm qoyur.

News24.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzetinə Türkiyəli seysmoloq Naci Göryur məlumat verib.

Seysmoloq bildirib ki, İstanbulda təhlükəli yeraltı təkanların baş vermə ehtimalı yüksəkdir. N. Göryur bu istiqamətdə ciddi işlərə başlamağı tövsiyə edib.

Ekspert əlavə edib ki, milyonlarla şəhərin hələ zəlzələyə hazır deyil. 

Xatırladaq ki, Seysmoloq Cəlal Şengör də yeni zəlzələ baş verəcəyi təqdirdə İstanbul üçün fəlakətli nəticələri olacağını demişdi. Onun sözlərinə görə, yeraltı təkanlar 60-70 min binanı məhv edə bilər.

Qumral