-
- 18-08-2023, 18:15
- 457
Putindən Lavrovla bağlı SƏRƏNCAM
Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının (BMT) 78-ci sessiyasında Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
News24.az "Tass"a istinadən xəbər verir ki, ona xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski və başqaları da daxil olacaq.
Xatırladaq ki, sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi başlayacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə Putin özü başçılıq edib.
Qumral