67 kvadratlıq ev 1 manat 70 qəpiyə ÇIXARILDI
    • 19-08-2023, 10:57
    • 329

67 kvadratlıq ev 1 manat 70 qəpiyə ÇIXARILDI

ABŞ-da bir dollara (təxminən 95 rubl) ev satışa çıxarılıb.

News24.az xəbər verir ki, Miçiqan ştatının Pontiak şəhərinin daşınmaz əmlak bazarında belə bir qeyri-adi təklif səsləndirilib.

Satış elanında obyekt dünyanın ən ucuz evi adlandırılıb. Obyekt yaşayış üçün yararsız vəziyyətdədir. Üzlük və dam çox bərbaddır, bəzi otaqlarda divar kağızı və suvaq yoxdur. Banyonun fotoşəkili açıq boruları və döşəmədə bir çuxur göstərir. Rieltor Kris Hubelin sözlərinə görə, bağ da oxşar vəziyyətdədir.

Eyni zamanda, Huber obyektin qeyd olunan qiymətdən çox sata biləcəyinə inanır. Onun proqnozlarına görə, ev sahibi mənzil satışından 45-50 min dollar alacaq. O, əlavə edib ki, yeni sahiblər özbaşına təmirə təxminən 20 min dollar (1,9 milyon rubl), təmir briqadası işə götürdükləri təqdirdə isə 45 min dollar xərcləyəcəklər.

Qeyd edək ki, ev 1956-cı ildə tikilib, sahəsi təqribən 67 kvadratmetrdir. İçəridə iki yataq otağı və bir vanna otağı var. Mülk sonuncu dəfə 2022-ci ildə 4000 dollara satıldığı zaman əlini dəyişib.

Aynurə