Niderlandlı fəal "Quran"ı TƏHQİR ETDİ
    • 19-08-2023, 15:36
    • 200

Niderlandlı fəal "Quran"ı TƏHQİR ETDİ

Niderlandlı fəal Edvin Vaqensveld Türkiyənin Haaqadakı Səfirliyi qarşısında "Quran-i Kərim" kitabını yandırıb.

News24.az
-ın məlumatına görə, " radikal "Pegida" təşkilatının fəalı olan E. Vaqensveld bu dini kitabı əvvəlcə təhqir edib, sonra isə ayaqlayıb.

Onun bu hərəkəti yerli müsəlman icmasını qəzəbləndirib. Onlar sözü gedən şəxsi daşqalaq etməyə başlayıb. Polis etirazçılara müdaxilə edib. Bundan sonra E. Vaqensveld ərazidən uzaqlaşıb.

Məsələyə hökumətdən də münasibət bildirilib. Qeyd olunub ki, hökumət bu kimi addımları dəstəkləməsə də onların qarşısını almaq səlahiyyətində deyil.

Fərid Azəri