Keçmiş idarə rəisi naziri və icra başçısını MƏHKƏMƏYƏ VERDİ
    • 19-08-2023, 16:18
    • 383

Keçmiş idarə rəisi naziri və icra başçısını MƏHKƏMƏYƏ VERDİ

Səbail Rayon Gənclər və İdman İdarəsinin keçmiş rəisi Elşən Mirzəyev işdən çıxarılmasını əsassız sayır.

News24.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Elşən Mirzəyevi ötən il Elnarə Əliyeva əvəzləyib. O, idarədə rəis müavini vəzifəsində çalışıb. 

Elnarə Əliyeva gənclər və idman naziri Fərid Qayıbovun təqdimatı və Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun sərəncamı ilə əsasında idarə rəisi vəzifəsinə təyin olunub. 

Elşən Mirzəyev isə bununla barışmır. O, Gənclər və İdman Nazirliyini, eyni zamanda Səbail Rayon İcra Hakimiyyətini məhkəməyə verib. 

Birinci instansiya məhkəməsinin qərarı onu qane etməyib. Bu baxımdan, keçmiş idarə rəisi Apellyasiya Məhkəməsinə üz tutub. 

Elşən Mirzəyevin şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşid Səmədovun icraatındadır.