-
- 20-08-2023, 18:22
- 158
Birinci kurs tələbəsinin ölüm səbəbi AÇIQLANDI
Xəbər verdiyimiz kimi, Oğuz rayonunun Bayan kənd sakini, 2005-ci il təvəllüdlü Aydan Vidadi qızı Umarova yaşadığı evdə özünü pis hiss edib. O, Təcili Tibbi Yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanıb.
Belə ki, 18 yaşlı A.Umarova son 1 ayda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.
O, düzgün qidalana bilmədiyi üçün təzyiq düşməsi səbəbindən vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 18 yaşlı Aydan Umarova Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi olub.