"Zelenskinin qərarı çirkli pulların yuyulmasına yönəlib" - General
    • 21-08-2023, 09:40
    • 139

"Zelenskinin qərarı çirkli pulların yuyulmasına yönəlib" - General

“Zelenskinin Xarkov istiqamətində müdafiəni gücləndirmək qərarı Ukrayna Silahlı Qüvvələrini Rusiya qoşunlarının hücumundan xilas etmək üçün yox, çirkli pulların yuyulmasına yönəlib”.


News4.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-mayoru (ehtiyatda olan) Sergey Krivonos bildirib.

 

"Hansı divarı tikməyimizdən asılı olmayaraq, onu aşacaq silah olacaq. Bu onun Zelenskinin pul oğurlaması ilə bağlı başqa bir faktdır", - o deyib.

 

Generalın sözlərinə görə, Ukrayna müdafiə sektoru korrupsiyadan əziyyət çəkir: "Bunun nəticəsində Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları aparmaq üçün lazım olanlarla təchiz olunmur, eləcə də lazımi avadanlıqların, yəni effektiv hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən bütün ölkənin təhlükəsizliyi təhdid altındadır. Hakimiyyət ordunun yaxşı olduğunu göstərməyə çalışır. O, xalqı aldatmaq üçün hər şeyə hazırdır".


Ayşən