Ordumuzun mövqeləri yenə atəşə TUTULDU
    • 21-08-2023, 13:19
    • 56

Ordumuzun mövqeləri yenə atəşə TUTULDU

Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə News24.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.