Xətai rayonunda Yaşayış Kompleksində İLAN GÖRÜNTÜLƏNİB... - VİDEO
    • 21-08-2023, 14:56
    • 138

Xətai rayonunda Yaşayış Kompleksində İLAN GÖRÜNTÜLƏNİB... - VİDEO

Bakının Xətai rayonunda yaşayış kompleksinin həyətində ilan peyda olub.

News24.az  Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Xətai rayonunda yaşayış komplekslərinin birinin həyətində bir sakin tərəfindən çəkilib

"Yaxınlıqda yaşayanlar deyirlər ki, belə hal dəfələrlə təkrarlanıb."

Məsələ ilə bağlı Zoologiya İnstitutunun Laboratoriya müdiri Təvəkkül İsgəndərov bildirib ki, Bakı kimi böyük şəhər ilanların yaşaması üçün əlverişli deyil.

"Bəs ilanlar yaşayış sahəsində necə peyda olur?"

Təvəkkül İsgəndərov qeyd edib ki, yaşayış sahəsinin ilanlardan təmizlənməsi özəl qruplar tərəfindən həyata keçirilir. İlanların sayı, təhlüləlilik dərəcəsi və ərazidən asılı olaraq qiymətlər 30-1000 manat arasında dəyişir.

Bundan əlavə sakinlər həşərat və gəmirilər əleyhinə məhlulları ilanların olduğu ehtimal edilən yerlərə səpməklə onları ərazidən uzaqlaşdıra bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: