Baydenin evinə ildırım düşüb
    • 22-08-2023, 10:30
    • 68

Baydenin evinə ildırım düşüb

ABŞ prezidenti Co Bayden bildirib ki, Havayda 2004-cü ildə baş verən yanğında az qala həyat yoldaşını, pişiyini və avtomobilini itirəcəkdi.

News24.az "gazeta.ru"-ya istinadla xəbər verir ki, Amerika prezidenti Havay adasındakı dəhşətli yanğınlardan sonra  çıxış edib. O, 2004-cü ildə evində baş verən yanğın barədə yerli sakinlərə danışıb.

O bildirib ki, ildırım mənzilə düşərək naqillərə ziyan vurub. Nəticədə Bayden az qala həyat yoldaşını, və pişiyini itirəcəkmiş. 

Aydan