Kim Çen In  yüksək səviyyəli rəsmiləri TƏNQİD ETDİ
    • 22-08-2023, 10:38
    • 57

Kim Çen In yüksək səviyyəli rəsmiləri TƏNQİD ETDİ

Şimali Koreya lideri Kim Çen In bəndin dağıdılması nəticəsində yaranan daşqınlardan sonra bərpa işlərinin aparıldığını deyib.

News24.az xəbər verir ki,  o, Onçeon qraflığındaki Ansoksini ziyarət edərkən bir neçə yüksək rütbəli məmuru tənqid edib və onları vəzifələrinə məsuliyyətsiz yanaşmaqda ittiham edib.

“Heç bir halda belə insanları bağışlamaq olmaz. Onlar xalqın həyatı və əmlakı, partiyaya və inqilaba qarşı rəsmi vəzifələrində qeyri-səmimidir”, - Kim Çen In deyib.

Şimali Koreya lideri qeyd edib ki, rəhbərlik arasında “məsuliyyətsizlik və intizamsızlıq” hökm sürür.

Aynurə