İdmançılarımız gümüş medal QAZANDI
    • 22-08-2023, 11:04
    • 136

İdmançılarımız gümüş medal QAZANDI

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.

News24.az xəbər verir ki, G4 kateqoriyalı turnirin ikinci günü Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.

Yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandamızın turnirdə qazandığı mükafatlarının sayı 2-yə çatıb. Abuzərlidən öncə İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.

Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında da 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb./apasport./