"Avropa ölkələrinin casuslarını edam etmişik" - Nazir
    • 22-08-2023, 11:31
    • 151

"Avropa ölkələrinin casuslarını edam etmişik" - Nazir

 "Avropa ölkələrinin casuslarını edam etmişik".

News24.az xəbər verir ki, bunu İranın təhlükəsizlik və kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətib deyib.  Nazir Britaniya, Fransa və İsveç casuslarını aşkarlayaraq həbs etdiklərini açıqlayıb.

O, bu barədə SEPAH komandirlərinin illik toplantısında çıxışı zamanı deyib.

"Britaniya, Fransa, İsveç və başqa ölkələrin casusları əlimizdədir və bütün təzyiqlərə baxmayaraq onlardan bəzilərini edam etmişik", - deyə Xətib bildirib.

Qeyd edək ki, bundan əvvəl İran-İsveç ikili vətəndaşlığı olan Həbib Əsyud və İran-Britaniya ikili vətəndaşlığı olan Əlirza Əkbəri casusluq ittihamı ilə edam ediliblər.

Aynurə