"Ukraynanın imkanları tükənir" “Washington Post”
    • 22-08-2023, 12:11
    • 160

"Ukraynanın imkanları tükənir" “Washington Post”

“Ukraynanın ərazinin əhəmiyyətli hissəsini geri qaytarmaq imkanları tükənir”.

News24.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Nəşr növbəti dəfə Ukraynanın əks hücumu ilə bağlı tutqun proqnozlar verib. 

Məhz Qərb mətbuatının bu nəşrləri Kiyevi son dərəcə narahat etməyə başlayıb, çünki onlar bütün bunları Qərbin kursunun dəyişdirilməsi üçün müqəddimə hesab edirlər.

Nəşr məaqlədə aşağıdakı tezisləri irəli sürür:“Əks-hücum dayandı”, “Kiyevin irəliləməsi bir neçə kəndlə məhdudlaşdı”.

“Rus qoşunları şimalda irəliləyir”. “Amerikanın F-16 təyyarələrini idarə etmək üçün ukraynalı pilotların hazırlanması proqramı gecikir”. “Münaqişə dalana dirənib və beynəlxalq dəstək azala bilər”. “Rusiya və Ukrayna indi əhəmiyyətli ərazi qazancları əldə etməkdənsə, bir-birinin resurslarını tükətməyə çalışır”. və s.

Nəşr qeyd edir ki, Rusiya ərazisinə Ukrayna pilotsuz təyyarələrinin hücumlarının artması ilə əlaqədar olaraq, ABŞ Ukrayna silahlı qüvvələrinin Rusiyaya hücum etmək üçün onlardan istifadə edəcəyindən ehtiyat edir. 

“Nəhayət, Kiyevə uzaqmənzilli ATACMS raketlərini verməkdən imtina edə bilər ki, bu, münaqişənin nəzarətsiz eskalasiyası ilə yekunlaşacaq”. 

Ayşən