"Threads"in veb versiyası TƏQDİM EDİLƏCƏK
    • 23-08-2023, 00:50
    • 86

"Threads"in veb versiyası TƏQDİM EDİLƏCƏK

Bir neçə gün sonra "Threads"in istifadəçilərə kompüterlərindən daxil olmaq imkanı verəcək veb versiyası təqdim ediləcək.

News24.az ABŞ mediasına istinadən xəbər verir ki, istifadəçilər veb versiyaya "Threads.net" vasitəsilə daxil ola biləcəklər. 

Bu versiyanın önümüzdəki həftələrdə mobil tətbiqə daha çox bənzəyəcək şəkildə təkmilləşdiriləcəyi bildirilib. 

Qeyd edək ki, Meta, keçmiş adı "Twitter" olan "X" sosial şəbəkəsi ilə rəqabətdə iyulun 5-də "Threads" platformasını istifadəyə verib. 
Günəş Mərd