-
- 23-08-2023, 08:30
- 155
Braziliya Prezidenti dollardan imtinaya çağırdı
BRICS ölkələri bir-biri ilə ticarət apararkən ABŞ dollarından imtina etməyə çalışmalıdırlar və bu, ABŞ valyutasına meydan oxumaq cəhdi kimi qəbul edilməməlidir.
News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lui İnasiu Lula da Silva bildirib.
“Əgər mən Çinlə ticarət edirəmsə, onda niyə bunun üçün dollardan istifadə etməliyəm? Braziliya və Çin kifayət qədər böyük ölkələrdir ki, öz valyutalarından və ya başqa baza valyutasından istifadə edə bilərlər, - deyə Braziliya Prezidenti söyləyib.
Qeyd edək ki, Braziliya Prezidenti Cənubi Afrikada keçirilən BRICS Liderlərinin Sammitində iştirak edir.