Siyasi məhbus Cənubi Koreyaya QAÇDI
    • 23-08-2023, 14:28
    • 130

Siyasi məhbus Cənubi Koreyaya QAÇDI

Cənubi Koreya sahillərində reaktiv ski ilə 321 kilometr məsafə qət edən Çindən olan siyasi məhbus tapılıb

News24.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Cənubi Koreyalı hüquq müdafiəçisi Li Daesongun sözlərinə görə, siyasi məhbus Kvon Pyonq Çindən olan etnik koreyalıdır. 

“İndi Kvonun səhhəti və əhvalı yaxşıdır” deyə hüquq müdafiəçisi bildirib.

Qaçqını saxlayan sahil mühafizəsi qaçmağa yüksək hazırlıq görüldüyünü qeyd edib. Səyahət üçün lazımi yanacaq tədarükü ilə yanaşı, Kvon özüylə xilasedici dəbilqə, jilet, durbin və kompas da götürüb. İndi onun ABŞ və ya Kanadada siyasi sığınacaq üçün müraciətinə baxılır .

Qeyd edək ki, 2017-ci ildə Kvon "hökuməti təhqir etdiyi" üçün həbs edilib. O, sosial şəbəkədə Çin prezidenti Si Cinpini nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edən fotosunu yerləşdirib. 

Aynurə