Bayden və Tramp Respublikaçıların debatına baxacaqlar
    • 24-08-2023, 08:22
    • 249

Bayden və Tramp Respublikaçıların debatına baxacaqlar

“Seçkilərdə Respublikaçı namizədlərin debatını izləməyə çalışacağam”.

News24.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

“Bacardığım qədər izləməyə çalışacağam”, - deyə Bayden jurnalistlərə bildirib.

Keçmiş ABŞ lideri Donald Trampa yaxın mənbələr “CNN”ə bildiriblər ki, eks prezident az sayda müşavirləri ilə birlikdə Respublikaçı namizədlərin debatını “ən azından qismən” izləmək niyyətindədir.

Respublikaçıların namizədliyi uğrunda mübarizədə namizədlərin ilk debatı Viskonsin ştatının Miluoki şəhərində Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

İctimai mübahisədə səkkiz ərizəçinin iştirakı gözlənilir. Tramp tədbirin başlamasına beş dəqiqə qalmış öncədən lentə alınmış müsahibəni yayımlayacaq, o, bu mərhələdə debata qatılmaq istəməyib.