Çanaqqalada gəmilərin hərəkəti dayandırıldı
    • 24-08-2023, 09:44
    • 150

Çanaqqalada gəmilərin hərəkəti dayandırıldı

Türkiyə hakimiyyəti Türkiyənin şimal-qərbində meşə yanğınlarının aradan qaldırılması ilə əlaqədar olaraq Çanaqqala boğazında gəmilərin hər iki istiqamətdə hərəkətini müvəqqəti dayandırıb.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" Türkiyə Sahil Mühafizə Xidmətinə istinadən  məlumat yayıb.

“Çanaqqalada  baş verən meşə yanğını ilə əlaqədar saat 03:00-dan etibarən Çanaqqalada gəmilərin hər iki istiqamətdə hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Aydan