-
- 24-08-2023, 11:09
- 342
"Bayden Ukraynadakı münaqişənin sona çatmasına kömək edə bilməz" - TRAMP
"ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların "məşğul olduğu Ukrayna münaqişəsinin sona çatmasına kömək edə bilməz"
News24.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donaıd Tamp "X" kanalında yayımladığı yayımçı Taker Karlsonla müsahibəsində deyib.
Tramp ictimai çıxışlarında dəfələrlə dediklərini yenə təkrarlayıb. Bildirib ki, əgər o, prezident olsaydı, münaqişəyə imkan verməzdi və ya çox qısa müddətdə onu dayandırardı.
Keçmiş prezident həmçinin bildirib ki, ikinci müddətə namizədliyini irəli sürən Baydenin psixi və fiziki vəziyyətinə görə 2024-cü il seçkilərində iştirak edə bilməyəcəyinə şübhə etmir.
Aparıcının prezident seçiləcəyi təqdirdə əsas prioritetinin nə olacağı ilə bağlı sualına Tramp deyib ki, bu, sərhədləri qorumaq və ölkəni cinayətkarlar və terrorçularla dolduran qeyri-qanuni immiqrasiya ilə mübarizədir.
Aydan