Kiyevdə güclü partlayış
    • 24-08-2023, 11:09
    • 125

Kiyevdə güclü partlayış

Kiyevdə güclü partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Kiyevin Borşaqovkasında güclü partlayış qeydə alınıb", - agentlik yazır.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

Bundan əvvəl Ukrayna mediası Odessa vilayətinin İzmail limanına hücum və partlayışlar barədə məlumat yayıb, bundan sonra dəniz terminalları ərazisində yanğın baş verib.

Məlumata görə, Rusiya silahlı qüvvələri hücum zamanı yüksək dəqiqliyə malik uzaqmənzilli dəniz silahlarından istifadə edib.

 

Ayşən