Rusiya Odessanı vurdu - Ölənlər var
    • 2-05-2022, 23:25
    • 317

Rusiya Odessanı vurdu - Ölənlər var

Bu gün axşam saatlarında Odessa və Nikolayevdə güclü partlayış səsləri eşidilib.

Bu barədə məlumatı UNİAN yayıb.

Bildirilir ki, Odessada bir, Nikolayevdə isə bir neçə güclü partlayış olub. Hər iki şəhərdə hava hücumu xəbərdarlığı edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya raketlərindən biri Odessada infrastruktur obyektini vurmuşdu. /Unikal.org/