RTV çəkdi, deputatın adı hallanan şirkət CƏZALANDIRILDI
    • 24-08-2023, 15:58
    • 533

RTV çəkdi, deputatın adı hallanan şirkət CƏZALANDIRILDI

RTV-nin qaldırdığı daha bir məsələ öz həllini tapıb. 

News24.az xəbər verir ki, bir neçə gün əvvəl RTV Lerik rayonunu Piran kəndindəki “Lerik broyler” adlı quşçuluq fabrikin ekologiyanı çirkləndirən fəaliyyətini əks etdirən dəhşətli görüntülər barədə süjet yayımladı. 

Kadrlardan aşkar görünürdü ki, fabrikdə yetişdirilən yüzlərlə toyuqların kəsimi zamanı heç bir qaydalara əməl edilmir və tullantıları çaya axıdılır. 

Haqqında bəhs olunan müəssisənin Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu deyilirdi. 

Bu gün isə aydın olub ki, “Lerik Broyler”in sahibi əslində deputatın qardaşı Çingiz Məmmədovdur. 

Ötən gün həmin şirkətə inzibati protokol yazılıb. Pravda.Az-ın yaydığı məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinə əsasən müəssisəni 10 min manat məbləğində cərimə gözləyir. 

İş Lerik Rayon Məhkəməsinə göndərilib. Protokola hakim Atabəy Kiçikbəyovun sədrliyi ilə sentyabrın 6-da baxılacaq. 

Ətraflı süjetdə: 

Fərid Azəri