Lavrov və Quterriş “taxıl sazişi”ni müzakirə etdi
    • 24-08-2023, 22:16
    • 186

Lavrov və Quterriş “taxıl sazişi”ni müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Baş katibi Antoniu Quterriş ilə görüşüb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüş Cənubi Afrikada keçirilən BRİKS sammiti çərçivəsində baş tutub.

Tərəflər “taxıl sazişi” məsələsinə də toxunublar.

Lavrov rəsmi Moskvanın “taxıl sazişi”ndə iştirakına yalnız Rusiya tərəfi qarşısında götürülən bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə razı olacağını bildirib.