Göygöl-Toğanalı-Kəlbəcər yolunda ağır qəza: ÖLƏNLƏR VAR
    • 25-08-2023, 08:43
    • 176

Göygöl-Toğanalı-Kəlbəcər yolunda ağır qəza: ÖLƏNLƏR VAR

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

News24.az Report-a istinadən xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.