Mina təmizlənərkən PARTLAYIŞ OLDU
    • 25-08-2023, 12:40
    • 224

Mina təmizlənərkən PARTLAYIŞ OLDU

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub.

News24.az -a bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.