Demet Akalının içində olduğu GƏMİ BATDI- FOTO
    • 25-08-2023, 13:36
    • 816

Demet Akalının içində olduğu GƏMİ BATDI- FOTO

Müğənni Demet Akalın ötən gün Didimdə konsert verib.

News24.az OLAY-a istinadən xəbər verir ki, konsert məkanına getmək üçün dəniz yolunu seçən Akalın qəza keçirib. Sənətçinin olduğu gəmi limana çırpılıb. 

Demet Akalın yaşadıqlarını "İnstagram" izləyiciləri ilə bölüşüb.

Alnındakı şişkinliyi göstərən Demet Akalın dostlarından birinin də əlinin əzildiyini deyib:

"Yaxşıyam, narahat olma. Alnımda şiş var. Xaricdən çoxlu fanatlarım olduğu üçün onları tək qoymaq istəmədim. Çox ağır gəmi qəzası keçirdik. Mən əslində gecələr belə şeylərdən istifadə etmirəm amma 20 dəqiqəyə çatarıq deyə buna razılaşdım. Qayıq saniyələr içində batdı. Necə sağ qaldıq?Anlaya bilmirəm". 

Müğənni qəzaya səbəbin limanda işıqların yanmamasını göstərib.