Fəaliyyətimizdəki nöqsanlar barədə AÇIQLAMA VERİLƏCƏK
    • 25-08-2023, 17:19
    • 296

Fəaliyyətimizdəki nöqsanlar barədə AÇIQLAMA VERİLƏCƏK

“Antiinhisar və İstehlak Bazarına nəzarət üzrə Dövlət Xidmətinin "Bakı Metropoliteni" QSC-nin müəssisələrində aşkarladığı nöqsanlarla bağlı yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək”. 

Bunu keçirilən mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. 

“Bununla bağlı yaxın vaxtlarda məlumat veriləcək. Bir sıra məsələlər var ki, nəzərə alınmalıdır. Hazırda bu istiqamətdə iş aparılır. Yaxın günlərdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı fikrini bildirəcək”. 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 5 dövlət qurumunun ölçmə vasitələrində nöqsanlar aşkar edib.

Dövlət Xidmətindən bildirilib ki, yoxlamalar zamanı digər qurumlarla yanaşı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindəki müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirib. 

Bu zaman məcburi metroloji və texniki tələblərə uyğun olmayan, o cümlədən yoxlamadan keçirilməmiş və tipi təsdiq olunmamış ölçmə vasitələrinin istifadə olunması halları aşkarlanıb. 

Nöqsanların aradan qaldırılması məqsədilə Dövlət Xidməti sözügedən qurumlara müraciət ünvanlayıb.

Xatırladaq ki, yoxlamaya ümumilikdə 11 mindən çox ölçmə vasitəsi cəlb olunub