-
- 26-08-2023, 02:06
- 188
Milanda havanın temperaturunda rekord göstərici qeydə alınıb
İtaliyanın Milan şəhərində 1763-cü ildən bəri ən yüksək temperatur göstəricisi qeydə alınıb.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bölgədə havanın temperaturu 33 dərəcəyə yüksəlib. İtaliyanın Lombardiya regionundakı bəzi şəhərlərdə avqustun 22-23-də termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.
Xatırladaq ki, Milanda havanın temperaturunda bundan öncəki rekord göstərici 2003-cü il avqustun 11-də (32,8 dərəcə) qeydə alınıb.
İntensiv və anomal istilər Alp dağlarının İtaliya ərazisindəki hissəsinə də təsir göstərib, buzlaqların əriməsinə səbəb olub.
Mütəxəssislər gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturunun 10-15 dərəcə azalacağını, tufanla müşayiət olunan şiddətli yağışların yağacağını bildiriblər.