Vaqnerçilər Ukraynada qırğına göndəriləcək
    • 26-08-2023, 09:21
    • 146

Vaqnerçilər Ukraynada qırğına göndəriləcək

“Vaqner” rəhbəri Yevgeni Priqojinin və iki müavininin ölümündən sonra muzdlular Rusiya ordusuna birləşdirilərək qırğın üçün Ukraynaya geri göndəriləcək.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

“Muzdlular Rusiya ordusuna inteqrasiyanı gözləyirlər, onlar artıq Müdafiə Nazirliyi ilə müqavilələr imzalayırlar, heç bir müqavimət olmayacaq. Tezliklə onlar Ukraynada döyüş bölgəsində görünəcəklər”, - Kovalenko bildirib.

Ekspertin sözlərinə görə, muzdluların dəqiq hara göndəriləcəyi cəbhədəki vəziyyətdən asılı olacaq.