BMT rəsmisi Nigerdə danışıqlar aparacaq
    • 19-08-2023, 01:27
    • 207

BMT rəsmisi Nigerdə danışıqlar aparacaq

BMT Baş katibinin xüsusi nümayəndəsi Leonardo Santos Şimao ölkədəki böhranın həllini müzakirə etmək üçün Nigerə səfər edib.

News24.az xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Cənab Şimao tezliklə Nigerin paytaxtı Niameyə gələcək. O, Vətənin Qurtuluşu üzrə Milli Şura (NCSR), şura rəhbərləri və digər maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ölkələrinin nümayəndələri və Nigerdəki maraqlı tərəflərlə əlaqə saxlayır”, -deyə o əlavə edib./AZƏRTAC//