“Koroğlu” stansiyası yaxınlığındakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA
    • 26-08-2023, 12:40
    • 498

“Koroğlu” stansiyası yaxınlığındakı sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  İctimai qurumlarla əlaqə bölməsinin rəisi baş inspektor, mayor Araz Əsgərli News24.az-a bildirdi ki, eyni ərazidə 2 qəza baş verib:

"Qəzalardan biri 1 saat öncə, digəri 10 dəqiqə əvvəl baş verib. Hər ikisi ara məsafəsini gözləmədən olan toqquşmalardır. Heç bir qəzada ölüm faktı yoxdur. Bir qəzada xəsarət var. Yolda qəza səbəbindən yaranan sıxlıq aradan qaldırılıb. 

Qumral