Priqojinin ölümündə kimin əli var? - Markovun ŞOK SİYAHISI
    • 26-08-2023, 14:23
    • 492

Priqojinin ölümündə kimin əli var? - Markovun ŞOK SİYAHISI

“Priqojinin Putinin əmri ilə öldürülməsi ilə bağlı ittiham kampaniyası davam edir. Amma bu mümkün deyil. Priqojinin Putinin göstərişi ilə öldürülməsi versiyası aşkar məntiqlə ziddiyyət təşkil edir”.

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov qeyd edib.

“Priqojin asanlıqla təkbaşına aradan götürülə bilərdi. Niyə günahsız pilotlar, stüardessa öldürülsün? Ölkə ərazisi üzərində təyyarəni vurursunuz? Deməli, təyyarə hansısa kəndə düşüb və yaşlı qadını öldürdü, bunun əhaliyə siyasi təsirini təsəvvür edə bilərsinizmi? Bu mümkün deyil. Priqojinin öldürüldüyü gün Putinin iki əsas çıxışı olub. BRİKS sammitində indi Rusiya üçün ən vacib ölkələrin liderləri qarşısında və bütün dünya ictimaiyyəti qarşısında. Və Kursk döyüşündəki 80 illik qələbə ilə bağlə. Bu çıxışı üçün Putin hətta Ukrayna raketi ilə vurulma riski ilə Kursk bölgəsinə xüsusi olaraq getdi. Axı tarixlərin və vaxtların siyasi planlaşdırılması var və bu, çox sistemlidir. Və elə düşünürsünüz ki, Putin deyir ki, gəlin Priqojini BRİKS-də çıxış etdiyim gün öldürək, qoy dünyada hamı Priqojini müzakirə etsin və mənim BRİKS-dəki çıxışımı dünyada heç kim görməsin, Rusiyada isə heç kim görməyəcək”, - politoloq bildirib.

Markov Priqojini kimin öldürməsi ilə bağlı ehtimallarını sadalayıb: 

“1. Zelenski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi - 70%.

2. Rusiya hökuməti daxilində Priqojinə nifrət edənlər - 10%.

3. Rusiya biznesində Priqojinə nifrət edənlər və rəqibləri - 3%.

4. Fransa kəşfiyyat xidmətləri - 5%. Səbəb Afrikadır.

5. Polşanın xüsusi xidmət orqanları - 5%. Səbəb Belarusdakı Vaqner.

6. Rusiyada ali hakimiyyət - 0,001%.

7. ABŞ və Britaniya kəşfiyyat orqanları - 5%.

8. Digər - 1%”.

Akqabay