-
- 28-08-2023, 13:47
- 226
Hakan Fidan Sergey Lavrovla GÖRÜŞƏCƏK
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda Moskvada türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.
News24.az xəbər verir ki, barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Yaxın vaxtlarda Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar baş tutacaq”, - o bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də görüşə bilərlər. Mətbuat görüşün Soçidə planlaşdırıldığını yazıb. Prezidentlər digər məsələlərlə yanaşı, taxıl sazişini də müzakirə edəcəklər.
Ayşən