Simone Biles yeni rekordu ilə TARİXƏ DÜŞDÜ
    • 28-08-2023, 14:17
    • 195

Simone Biles yeni rekordu ilə TARİXƏ DÜŞDÜ

Simone Biles ABŞ Gimnastika Çempionatında səkkizinci çoxnövçülük çempionluğunu qazanaraq 90 illik rekordu qırıb.

News24.az xəbər verir ki, 26 yaşlı gimnast çoxnövçülük üzrə cəmi 118.450 xal qazanıb. Bununla da, Biles 1933-cü ildə yeddinci ABŞ titulunu qazanan Alfred Cochimi qabaqlayıb.

O, San Xosedə iki gün davam edən yarışı 15 və ya daha yüksək nəticə ilə başa vuran yeganə iştirakçı olub.

Qeyd edək ki, Biles ilk dəfə 2013-cü ildə çoxnövçülük üzrə ABŞ çempionu olub.

Aynurə