Kreml TƏSDİQLƏDİ: Putin və Ərdoğan arasında görüş...
    • 28-08-2023, 16:11
    • 153

Kreml TƏSDİQLƏDİ: Putin və Ərdoğan arasında görüş...

Rusiya prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü yaxın vaxtlarda baş tutacaq. 

News24.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. O, görüşün dəqiq tarixini daha sonra açıqlayacağını vəd edib.

“Görüş tezliklə baş tutacaq, biz bu barədə vaxtında məlumat verəcəyik”, - deyə Kreml nümayəndəsi bildirib.

Peskov izah edib ki, görüşün elanı ilə bağlı Türkiyə tərəfi ilə razılıq var, ona görə də görüşün tarixini hələlik dəqiqləşdirmək mümkün deyil. 

Daha əvvəl TASS Türkiyə diplomatik mənbələrinə istinadən yazıb ki, Putin və Ərdoğan arasında görüş sentyabrın 4-də Soçidə baş tuta bilər. 

Ekspertlər iki ölkə liderlərinin gözlənilən görüşünü taxıl sazişinin bərpası üçün fürsət kimi qiymətləndirirlər.

Akqabay