-
- 31-07-2023, 11:26
- 372
Fazil Mustafa: "Ermənilərin zərər çəkməsinə icazə verə bilmərik"
"Ermənilər hər zaman müxtəlif təxribat yollarına əl atırlar. Bu təxribatlardan da biri odur ki, çox sayda keyfiyyətsiz və vaxtı keçmiş ərzaqları TIR-lara dolduraraq Qarabağ ərazisinə soxmaq istəyirlər".
Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirdi.
Onun sözlərinə görə, bununla da Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsinə nail olmaq istəyirlər:
"Buna görə də Ermənistandan gələn ərzaq məhsullarının demək olar ki, hamısının tərkibi yararsızdır. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümumdünya Səhiyyə təşkilatını bölgəyə çağıracaqlar".
Deputat bildirdi ki, Azərbaycan buna qarşı qabaqlayıcı tədbirlər görməlidir:
"Çünki Qarabağda yaşayan ermənilər hər nə qədər separatçıların təsiri altında olsalar da, Azərbaycanın suverenliyini tanımasalar da, bütün hallarda Azərbaycan ərazisində yaşayan insanlardır. Və biz onların zərər çəkməsinə icazə verə bilmərik".
O, qeyd edib ki, Qarabağda yaşayan ermənilər istəsə Azərbaycan onlara humanitar yardım təşkil edib göndərə bilər.
"Düşünürəm ki, Naxçıvanın blokadadan çıxarılması ilə bağlı aksiyalar keçirməliyik. Ermənistanın dəvət etdiyi ölkələrin nümayəndələrini də bu aksiyalara dəvət etməliyik. Eyni zamanda Zəngəzurdan keçid yoluna yaxın məsafədən Zəngilan ərazisində də sərhəd məntəqəsində TIR-larımız dayanmalıdır ki, Naxçıvana blokadanın açılması və TIR-ların keçidi təmin edilməlidir. Bunları etməklə biz həm də diqqəti Naxçıvana çəkmiş oluruq"
Aydan