"Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq" - ARİF RƏHİMOV
    • 12-05-2021, 16:47
    • 813

"Azərbaycan Qran-prisində azarkeşlər əsla olmayacaq" - ARİF RƏHİMOV

"Hələlik "Formula 1" üzrə Azərbaycan Qran-prisində azarkeşlərin əsla olmayacağı təsdiqlənib".

News24.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "RaceFans"a açıqlamasında bildirib.

O, qaliblərə kuboku təqdim edəcək şəxslərin yarışda iştirak edəcəklərini söyləyib: "Biz onları müvafiq qaydada yerləşdirməliyik. Xüsusən, bu, rəhbərlikdirsə. Amma azarkeşlər ümumiyyətlə olmayacaq".

Qeyd edək ki, İspaniya və Monako Qran-prilərində məhdud sayda azarkeşlərin iştirakına icazə verilib. Azərbaycan Qran-prisi 4 - 6 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.