Sabiq nazirin Kanadaya girişi qadağan olundu - FOTO
    • 29-08-2023, 16:22
    • 173

Sabiq nazirin Kanadaya girişi qadağan olundu - FOTO

 İranın keçmiş səhiyyə nazirinin Kanadaya girişi və yaşaması qadağan edilib.

News24.az xəbər verir ki, bu barədə Kanadanın miqrasiya naziri Mark Miller “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Nazir bildirib ki, sabiq nazirə 36 ay müddətinə müvəqqəti sakin kimi Kanadaya qayıtmaq və ölkəyə daxil olmaq qadağan edilib.

Qeyd edək ki, keçmiş nazirə tətbiq edilən bu qadağa İran hökumətinin insan haqlarını pozması ilə bağlıdır.

Aynurə