Avtomobil piyadanı VURDU
    • 29-08-2023, 16:50
    • 134

Avtomobil piyadanı VURDU

Gəncə şəhərində 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində, şəhər məhkəməsinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq digər minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində piyada, 1983-cü il təvəllüdlü Firuzə Babayeva ağır dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza nəticəsində digər avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü M.İsmayılov da yüngül xəsarət alıb. Ona yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.