Priqojinin Bakıya "enən" təyyarəsində kim olub? - Sensasion iddia
    • 29-08-2023, 17:31
    • 385

Priqojinin Bakıya "enən" təyyarəsində kim olub? - Sensasion iddia

“Flightradar24” saytının məlumatına görə, "Bakıya enən Yevgeni Priqojinin ikinci təyyarəsində Priqojinin dublyoru və ya onu “çıxaran” Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ola bilər". 

News24.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov da eyni fikirləri səsləndirib.

“Orada heç kim ola bilməzdi, Utkin və Priqojinin oxşarları ola bilərdi. Utkin və Priqojini “çıxaran” FTX əməkdaşları ora uça bilərdilər. Bu, Priqojinin əslində ölmədiyi, bəlkə də, Bakıya, oradan isə Afrika və ya Latın Amerikasının uçması haqqında mif yaymaq üçün qurulan tamaşadır. Ona görə də ağlamayın, “Vaqner”çilər, iğtişaş yaratmayın, Priqojin və Utkin sağ-salamatdırlar, fəlakəti özləri təşkil ediblər, öz dəfnlərində iştirak edəcəklər. Onlar sağ-salamatdırlar və yeni bir qiyam təşkil edəcəklər. Ona görə də, “Vaqner”çilər, sakit oturun və komandirlərinizi gözləyin. Priqojin bunu Afrikada etsəydi, həqiqətən də öz ölümünü saxtalaşdıra bilərdi. Orada hər şey alınır, bütün şahidləri məhv etmək olar və heç kim heç vaxt sual verməyəcək”, - Jirnov bildirib.

Xatırladaq ki, Yevgeni Priqojinin ikinci “Embraer ERJ-135BJ” biznes-jetinin Bakıya enişi barədə məlumat yayılmışdı. “Jetica” aviaşirkətinin baş direktoru Sergey Trifonov bildirib ki, bəzi Rusiya KİV-lərinin Priqojinlə əlaqələndirdiyi ikinci təyyarənin qruplaşma ilə heç bir bağlılığı yoxdur. Əsasən “Vaqner” qrupunun “Gray Zone" Teleqram kanalı ilə əlaqəli olan Rusiya KİV-ləri RA-02748 nömrəli ikinci biznes-jeti muzdlu qruplaşma ilə əlaqələndirib və onun da qəza zamanı havada olduğunu bildirib. Lakin təyyarənin operatoru Rusiyanın “Jetica” MMC şirkəti bu cür əlaqəni təkzib edir. Trifonov təyyarənin kimə məxsus olduğunu açıqlamaqdan imtina etsə də, bu hava gəmisinin icarəyə verilmədiyini diqqətə çatdırıb.

Akqabay