“Qalatasaray” Çempionlar Liqasında - VİDEO
    • 30-08-2023, 01:36
    • 475

“Qalatasaray” Çempionlar Liqasında - VİDEO

Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunları keçirilib.

News24.az apasport.az-a istinadən xəbər verir ki, öz meydanında qələbə qazanan “Qalatasaray” qrup mərhələsində oynamaq hüququ qazanıb.

Türkiyə çempionu səfərdə olduğu kimi, doğma azarkeşlər qarşısında da qələbə qazanıb. “Sarı-qırmızılar” “Molde”ni məğlubiyyətə uğradıblar. Hesabı İkardi penalti zərbəsi ilə açıb. Qonaqlar bərabərlik qolunu vurmağa nail olsalar da, son dəqiqələrdə “Qalatasaray” qələbə topunu rəqin qapısından keçirib.

Ətraflı RTV-nin süjetində: