-
- 30-08-2023, 14:24
- 3 028
SON DƏQİQƏ: Sülhməramlılar Azərbaycan TIR-larının buraxılmasını İSTƏDİ
Qarabağdakı Rusiya sülhməramlı kontingenti Bakıdan göndərilən humanitar yük avtomobillərinin buraxılmasını istəyirlər.
News24.az “Hraparak”-a istinadla xəbər verir ki, bu barədə Qarabağdakı separatçı rejimin nümayəndəsi David İşxanyan məlumat verib.
“Rusiya sülhməramlılarının əvəzedici komandiri hələ də daxili vəziyyətlə tanış deyil. Bəzi epizodlar, elementlər var ki, Rusiya tərəfini daha yaxşı məlumatlandırmaq lazımdır. Azərbaycan yük maşınları yaxınlaşanda Rusiya sülhməramlıları ilə müəyyən danışıqlar aparılıb. Bu müzakirələr hələlik nəticəsiz qalıb. Rusiya sülhməramlılarının nəqliyyat vasitələrinin Xankəndiyə daxil olmasına dair təklifi heç bir nəticə verməyib. Müzakirələr hələ də davam edir”, - İşxanyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı hazırda Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Akqabay