Fidan və Lavrov Türkiyə-Ermənistan münasibətlərini MÜZAKİRƏ EDƏCƏK
    • 31-08-2023, 10:42
    • 278

Fidan və Lavrov Türkiyə-Ermənistan münasibətlərini MÜZAKİRƏ EDƏCƏK

“Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov digər məsələlərlə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması mövzusunu da müzakirə edəcəklər”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Sentyabrın 1-də Rusiya xarici işlər nazirinin dəvəti ilə Türkiyənin xarici işlər naziri ikitərəfli və beynəlxalq gündəliyin geniş spektri üzrə danışıqlarda iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedəcək. 

Qeyd edək ki, bu, Fidanın Türkiyə xarici işlər naziri kimi Rusiyaya ilk səfəridir.

“Zaqafqaziyada əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin bərpası, nəqliyyat və kommunikasiyaların blokunun açılması, münaqişədən sonra regionun bərpası məsələlərinin hərtərəfli təhlili planlaşdırılır”, - məlumatda deyilir.

 

Ayşən