-
- 31-08-2023, 16:44
- 379
Deputatın şirkəti məhkəməyə verildi
Türkiyənin Azərbaycanda fəaliyyət göstərən müəssisəsi azərbaycanlı deputatın şirkətini məhkəməyə verib.
News24.az-ın məlumatına görə, “AZER KİM” Məhdud Məsuliyyətli Cəmiyyət ölkənin tanınmış təhlükəsizlik şirkəti olan “KASPİ Yıldız” barədə məhkəməyə müraciət edib.
Türkiyə şirkəti “KASPİ-Yıldız”ı iki şirkət arasında bağlanan müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Şikayət Bakı Kommersiya Məhkəməsinə təqdim edilib. İş məhkəmənin hakimi Zeynəb Axundovanın icratına verilib.
Xatırladaq ki, “KASPİ-Yıldız” şirkəti Milli Məclisin deputatı İqbal Məmmədova məxsusdur.
Samir Əli