Azərbaycan səfiri İsrail naziri ilə danışıqlar APARDI
    • 31-08-2023, 17:41
    • 125

Azərbaycan səfiri İsrail naziri ilə danışıqlar APARDI

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov bu ölkənin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regevlə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin "Twitter" hesabında bildirilib.

"Biz İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miriam Regev ilə nəqliyyat və logistika sahəsində ikitərəfli əlaqələrin gündəliyi, Orta Dəhlizinin potensialı və ölkələrimiz arasında nəqliyyat əlaqələrinin artırılması zərurəti barədə çox məhsuldar görüşümüz oldu", paylaşımda qeyd olunub.