"Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib
    • 31-08-2023, 19:29
    • 212

"Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu növbəti futbolçu transferini açıqlayıb.

News24.az  "Report"a istinadən xəbər verir ki, ölkə çempionu yerli "Alyuminiy"dən Marko Bresti heyətinə qatıb.

Onun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub. "Olimpiya" ötən gün Redi Kasanı transfer edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə gerçəkləşən ilk matçda rəqibini iki cavabsız qolla üstələyib. Cavab görüşü bu gün saat 20:00-da başlayacaq.