Ronaldo Biçan və Puşkaşın rekordunu QIRDI
    • 31-08-2023, 18:43
    • 218

Ronaldo Biçan və Puşkaşın rekordunu QIRDI

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.  

News24.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb. Portuqaliyalı forvard Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Əl-Şəbab"la görüşdə dubla imza atıb. Nəticədə 38 yaşlı futbolçu karyerası ərzində milli çempionatlarda vurduğu qolların sayını 517-yə çatdırıb. O, belə göstərici ilə rekorda imza atıb. 

Ronaldo hərəyə 515 qolla uzun müddət rekorda sahib olan Yozef Biçan və Ferens Puşkaşı qabaqlayıb.

Siyahının hazırlanmasında futbolçuların regional liqalarda vurduğu qollar nəzərə alınmayıb, yalnız ölkə çempionatlarında vurulan qollar hesablanıb. Bu səbəbdən də bombardirlər siyahısında Pele, Romario və digər tanınmış futbolçular yoxdur.