Ronaldo bu klubda da het-trikə imza ATDI
    • 26-08-2023, 09:48
    • 325

Ronaldo bu klubda da het-trikə imza ATDI

Səudiyyə Ərəbistanı Pro Liqasının 3-cü həftəsində "Əl-Nassr" klubu "Əl-Fateh"lə qarşılaşıb.

News24.az APA-ya istinadən xəbər verir ki, oyunda Kriştiano Ronaldo het-trikə imza atıb.

Qarşılaşma 5:0 hesabı ilə "Əl-Nassr"in qələbəsi ilə başa çatıb.

Bununla da komanda liqada ilk qələbəsini qazanıb.

Əl-Nassrın qələbə qollarını Sadio Mane 27 və 81, Kriştiano Ronaldo isə 38, 55 və 90+6 vurub.

Manenin ilk qolunda ötürməni də Ronaldo edib.

Bu nəticə ilə “Əl Nassr” 3 xalla 12-ci, “Əl-Fateh” isə 4 xalla 9-cu pillədə qərarlaşıb.