Ukrayna münaqişəsinin sonu görünmür - Quterreş
    • 1-09-2023, 01:00
    • 196

Ukrayna münaqişəsinin sonu görünmür - Quterreş

Hazırda Ukrayna münaqişəsinin sona çatması mümkün görünmür. 

News24.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib.

"Ümid heç vaxt bitmir, amma Ukraynada sülhün mümkünlüyünü yaxın üfüqdə görəcəyimizə inandığımı desəm, əlbəttə ki, yalan olar", - o qeyd edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının sentyabrın 19-25-də keçiriləcək Yüksək Səviyyəli Həftəsində Ukrayna məsələsinin müzakirəsi gözlənilir.

Tədbirdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Günəş Mərd